Əsas Səhifə > Ölkə idmanı > “Neftçi” ilə oyun “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub
“Neftçi” ilə oyun “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub3-05-2023, 11:30 |
Azərbaycan Premyer Liqasının XXXII turu “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub. BrendSport.az xəbər verir ki, “Neftçi” ilə səfər oyunu (4:2) Ramil Şeydayevin Azərbaycan çempionatlarında 100-cü matçı olub. İyirmi yeddi yaşlı hücumçu bu qarşılaşmalarda 33 qol vurub. O, Premyer Liqada iki klubda – “Qarabağ” (72 oyun, 27 qol) və “Sabah”da (28 oyun, 6 qol) forma geyinib. “Neftçi” ilə matç Rahil Məmmədovun Azərbaycan çempionatında 100-cü oyunu olub. İyirmi səkkiz yaşlı müdafiəçinin hesabında 1 qol var. O, “Neftçi” (32 oyun), “Səbail” (13 oyun), “Qarabağ” (48 oyun, 1 qol) və “Zirə”də (7 oyun) çıxış edib. Kevin Medina 100-cü dəfə “Qarabağ” forması ilə meydana çıxıb. Kolumbiyalı müdafiəçi bu görüşlərdə 2 qola imza atıb. O, Premyer Liqada 63 (1 qol), kubokda 8, avrokuboklarda 29 (1 qol) dəfə meydana çıxıb. Geri qayıt |