Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Musa Qurbanlı Azərbaycan çempionatında 50-ci oyununu keçirib

Musa Qurbanlı Azərbaycan çempionatında 50-ci oyununu keçirib

Musa Qurbanlı Azərbaycan çempionatında 50-ci oyununu keçirib. “Qarabağ”ın hücumçusunun yubileyi Premyer Liqanın XXIV turuna təsadüf edib. İyirmi bir yaşlı futbolçu üçün “Neftçi” ilə ev matçı (1:1) əlamətdar olub.

BrendSport.az
xəbər verir ki, futbolçu Premyer Liqadakı 50 oyunda 26 qol vurub. Onun orta məhsuldarlığı 0,52-yə bərabərdir. O, ölkə çempionatında iki komandanın şərəfini qoruyub. “Qarabağ”da 41 görüşdə 25 dəfə fərqlənən forvard “Zirə”dəki 9 qarşılaşmada 1 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, hücumçunun Premyer Liqada debütü 2020-ci il sentyabrın 25-də gerçəkləşib. O, “Qarabağ” forması ilə “Sumqayıt”la səfər görüşündə (2:2) şans qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş