Azərbaycan paralimpiyaçıları Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə məktəblilərlə görüşüb

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə paragüllə atıcılığı üzrə dünya və Avropa çempionu Kamran Zeynalov, eləcə də Avropa Gənclər Paralimpiya Oyunlarının qalibi parataekvondoçu Amin Əliyev ilə Bakı Avropa Liseyində görüş keçirilib.
BrendSport.az xəbər verir ki, görüşdə hər iki paralimpiyaçının uğurlarını əks etdirən videoçarxlar nümayiş olunub, fikirləri dinlənilib, məktəblilərin sualları cavablandırılıb.
Paralimpiya hərəkatının əlilliyi olan şəxslər üçün təkcə idman yarışı deyil, həm də inklüzivlik, bərabərlik və cəmiyyətə inteqrasiya olduğu vurğulanıb. Paralimpiyaçılar idmanın gənc nəslin həyatında mühüm rol oynadığını, fiziki və əqli məhdudiyyətlərin hədəflərə çatmaq üçün əngəl olmadığını qeyd ediblər.


Facebook-da paylaş





















