Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennisçimiz dünyanın ən istedadlıları sırasında



Stolüstü tennisçi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının “Qlobal gənclər təlim düşərgəsi”nə qatılacaq.

BrendSport.az informasiya portalının Gənclər şöbəsi
xəbər verir ki, İstedadlı idmançı Çinin Çendu şəhərində təşkil olunacaq toplanışda milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edəcək. Onur Quluzadə bu düşərgəyə BSTF-nin qitələr üzrə ən istedadlı idmançıları üçün həyata keçirdiyi proqrama əsasən dəvət alıb. Həmin proqram beynəlxalq yarışlarda mütəmadi olaraq yüksək nəticələr göstərən istedadlı stolüstü tennisçilər üçün nəzərdə tutulub ki, xüsusi seçilmiş 40 idmançı arasında Onur Quluzadə də yer alır. Qeyd edək ki, “Qlobal gənclər təlim düşərgəsi” dekabrın 4-dən 13-dək təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş