“Qarabağ”ın qapıçısı “Napoli” ilə oyunda penaltini necə dəf etdiyini açıqlayıb

Penalti zərbələri zamanı adətən qapının bir küncünü seçib həmin tərəfə tullanıram. “Napoli” ilə oyundan öncə iki futbolçunu analiz etmişdim. Onların arasında isə Rasmus Höylund yox idi. Buna görə də ani olaraq nəsə fikirləşməli idim.
BrendSport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Meteuş Koxalski UEFA Çempionlar Liqasının liqa mərhələsində İtaliyada “Napoli”yə 0:2 hesabı ilə uduzduqları V tur oyununda penalti zərbəsini dəf etməsi barədə danışarkən deyib.
Polşalı qolkiper Neapoldakı parlaq çıxışına baxmayaraq, məğlubiyyətə görə məyus olduğunu bildirib: “Matçdan sonra yata bilmədim, çünki dərhal Bakıya qayıtdıq. Qarşıda hələ 3 oyunumuz var. Pley-offa vəsiqə qazanmağa qadir olduğumuzu düşünürəm”.
25 yaşlı oyunçu “Qarabağ”ın Azərbaycan xalqı üçün milli qürur olduğunu söyləyib: “Hazırkı heyət əsasən Çempionlar Liqası üçün yığılıb. Amma yerli liqada da həmişəki kimi yaxşı çıxış edirik. Mövsümün əvvəlində heç kimin ağlına gəlməzdi ki, Çempionlar Liqasında belə nəticələr qazana bilərik”.
Qeyd edək ki, Mateuş Koxalski bu mövsüm “Qarabağ”ın heyətində 15 oyunda meydana çıxıb və 18 qol buraxıb. Qolkiper bu matçların 5-də qapısını toxunulmaz saxlayıb. M.Koxalskinin Ağdam klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi var.
Facebook-da paylaş





















