Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İstanbul derbisi: “Fənərbağça” “Qalatasaray”a qarşı



Bu gün futbol üzrə Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.

BrendSport.az
xəbər verir ki, XIV tura təsadüf edən matçda “Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edəcək. “Şükrü Saracoğlu” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Prinsipial görüşü Yasin Kol idarə edəcək.

Komandalar indiyədək Superliqa tarixində 136 dəfə üz-üzə gəlib. Bu matçların 53-də "sarı-lacivərdlilər", 38-də isə "sarı-qırmızılar" qalib gəlib. 45 görüş heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Qalatasaray” 32 xalla birinci, “Fənərbağça” isə 31 xalla ikinci pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş