Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Kubokunda daha 3 oyun keçiriləcək



Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 3 oyunu keçiriləcək.

BrendSport.az
xəbər verir ki, günün ilk matçlarında “İmişli” “Sabah”ı, “Şamaxı” “Baku Sportinq”i qəbul edəcək. Hər iki görüş saat 14:00-da başlayacaq.

Günün son qarşılaşmasında isə “Qarabağ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkəcək. Oyun saat 19:00-da start götürəcək. Bu cütün qalibi 1/4 finalda “Şamaxı” – “Baku Sportinq” duelinin qalibi ilə qarşılaşacaq.

“İmişli” – “Sabah” görüşündən üstün ayrılan tərəf isə növbəti raundda "Qəbələ" - "Şəfa" matçının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra “Turan Tovuz” və “Zirə” 1/4 finala vəsiqə qazanıb. Ölkə kubokunda 1/8 final mərhələsinin oyunlarına dekabrın 4-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş