Almaniya – Azərbaycan oyununda islandiyalı hakimlər
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Almaniya – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.
UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşmanı İslandiya Futbol Federasiyasından Vilhyalmur Torarinsson idarə edəcək. Ona Qilfi Mar Siqurdsson və Frosti Vidar Qunnarsson köməklik edəcək. Dördüncü hakim funksiyasını Toroddur Hyaltalin yerinə yetirəcək.
Qeyd edək ki, “Frendşaft” stadionunda keçiriləcək Almaniya - Azərbaycan görüşü oktyabrın 5-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qol.az
Facebook-da paylaş