DÇ-2018: İspaniya Rusiyaya vəsiqəni təmin etdi, Türkiyə yığmasından rəzalət - NƏTİCƏLƏR
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində IX turun növbəti oyunları keçirildi. D, G və I qrupundakı komandalar mundiala vəsiqə uğrunda mübarizə apardılar.
Avstriya qarşısında qələbə qazanacağı halda Serbiya bir tur öncədən liderliyi təmin edəcək və Rusiyaya yollanmağa haqq qazanacaqdı.
Uels isə ikinci pillədəki yerini qorumaq üçün Gürcüstan səfərindən 3 xalla dönməliydi.
G qrupu İspaniya və İtaliya arasındakı qiyabi mübarizəyə şahidlik etdik. Pirineylilər Albaniyanı, appeninlilər isə Makedoniyanı öz meydanında yenərək intriqanı son tura saxlamağı planlaşdırdlar.
Azərbaycanlı futbolsevərlərin maraqla izlədiyi Türkiyə yığması da taleyüklü matç keçirdi. “Ay-ulduzlular” İslandiyanı qəbul edirdilər. 3-cü pillədə qərarlaşan Luçeskunun komandası bir pillə önündəki rəqibini yenərək onun yerinə keçməyi hədəfləyirdilər. Finlandiya qarşısında Xorvatiyanın xal itirməsi isə qardaş ölkə üçün ikiqat sevinc olacaqdı. Mümkün xal itkisi isə Türkiyə üçün mundial xəyallarının suya düşməsi oldu.
Ancaq rəqibi qarşısındı bir varlıq göstərə bilməyən Türkiyə yığması meydanı boynubükük - 0:3 məğlubiyyətlə tərk etdi.
BrendSport.az saytı günün oyunlarının yekununu təqdim edir:
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
IX tur, 6 oktyabr
D qrupu
Gürcüstan – Uels - 0:1
Qol: Laurens, 49
Avstriya – Serbiya - 3:2
Qollar: Burqstaller, 25, Arnautoviç, 76, Şaub, 89 - Milivoyeviç, 11, Matiç, 83
İrlandiya - Moldova - 2:0
G qrupu
Lixtenşteyn – İsrail - 0:1
Qol: Tibi, 22
İspaniya - Albaniya - 3:0
Qollar: Rodriqo, 19, İsko, 24, Tyaqo, 27
İtaliya – Makedoniya - 1:1
Qollar: Kyellini, 40 - Traxkovski, 77
I qrupu
Türkiyə - İslandiya - 0:3
Qollar: Qudmundsson, 32, Byarnason, 39, Arnason, 50
Kosovo – Ukrayna - 0:2
Qollar: Paqarada, 60 (öz qapısına), Yarmolenko, 88
Xorvatiya – Finlandiya - 1:1
Qollar: Mancukiç, 57 - Soiri, 90
Facebook-da paylaş