Luis Enrike Türkiyə klubunda
Rıza Çalımbayla yollarını ayıran “Antalyaspor” klubu vaxt itirmədən yeni baş məşqçi axtarışına başlayıb. Türkiyə mətbuatının məlumatına görə, Superliqa təmsilçisi tanınmış mütəxəssis Luis Enrikeni baş məşqçi postuna gətirmək niyyətindədi.
Heyətində Samuel Eto, Samir Nəsri və Jeremi Menez kimi ulduz futbolçular yer alan antalyalıların hətta “Barselona”nın sabiq çalışdırıcısı ilə ilkin razılıq əldə etdikləri də vurğulanıb.
Türklər Enrikenin alternativlərini də müəyyənləşdiriblər. Belə ki, ispaniyalının gəlişi reallaşmasa Alberto Zakkeroni, Fabio Kapello, Roberto Di Matteo, Tomas Tuhel, Mehmet Özdilək və ya Ərtuğrul Sağlam bu posta gətiriləcək.
Apasport
Facebook-da paylaş