Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi”ni düzəltmək üçün çox vaxt lazımdır. Lap çox...”



"İlk hissədə zəif çıxış etdik. Belə olacağını gözləmirdim".

Bunu "Neftçi"nin baş məşqçi əvəzi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"a 0:1 hesablı məğlubiyyətdən sonra deyib.

O, bildirib ki, ilk hissədə xətlərarası əlaqə alınmayıb: "Səhvlər vardı. Uşaqların elə səhvə yol verəcəklərin təxmin etmirdim. İkinci hissədə yaxşı oynadıq, futbolçulıar fiziki cəhətdən yaxşı olmağa çalışırlar. Qol imkanımız olsa da, bunlardan istifadə etmədik".

-Komandada istək yoxdur. Bu nə ilə bağlıdır?

- Əlbəttə, problemlər var idi. Futbolçular ötürmə etməkdə çətinlik çəkirdilər. Bunların üzərində işləməliyik. Fiziki baxımdan irəliləyiş olsa da, xətlər arasında problemlər var. Futbolçulara oyundan sonra çox işləmək lazım olduğunu dedim.

- Bilirsiniz ki, komandaya yeni baş məşqçi gətiriləcək. Bu vəziyyətdə komandanı oyuna hazırlamaq çətin olmadı?

- Özi işimin öhdəsindən gəlməyə çalışıram. Mənə məsuliyyətli vəzifə tapşırıblar. Bunun nə qədər davam edəcəyini bilmirəm.

- Emin Mahmudovun "Neftçi"yə keçəcəyi deyilir...

- Bəlkə də belə bir şey var, amma mənim xəbərim yoxdur.

- Yeni gələn baş məşqçiyə "Neftçi”ni düzəltmək üçün nə qədər vaxt lazımdır?

- Çox vaxt lazımdır. Lap çox... (Qol.az)


Facebook-da paylaş

Xəbəri paylaş