Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Əlilliyi olan insanlara cəmiyyətdə fərq qoymaq olmaz”



Bu gün ölkəmizdə idman sahəsində əldə olunan uğurlar paralimpiyaçılarımızın da nailiyyətlər qazanmasına təkan verir.

Paralimpiyaçılarımız üçün yaradılan şərait, onların daha da əzmla çalışmaları üçün bir stimul rolunu oynayır.

Bu baxımdan yaradılan təşkilatların işini də müsbət hesab etmək olar. Belə təşkilatlardan biri də "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyidir.

"Təşkilatı yaratmaqda məqsədim əlilliyi olan uşaqları dörd divar arasında çıxarmaq idmana və başqa peşələrə yiyələnməsinə kömək etməkdir. Hər bir insan xoşbəxt olmaq istəyir. Əlilliyi olan insanlara cəmıyyətdə fərq qoymaq olmaz. Əksinə, onlar üçün hər cür şərait yaradılmalıdır."

BrendSport.az saytı xəbər verir ki, bu sözlər gözəl mehriban xanım, əsl döyüşçü, paralimpiyaçı, taekvondo üzrə üçqat dünya, ikiqat Avropa çempionu, idman ustası, "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” İctimai Birliyinin sədri Aynur Məmmədovadır.

Aynur Məmmədova Azərbaycanın ən tanınmış idmançı və döyüşçü xanımılardan biridir. Çempionluq zirvəsinə qalxan bu xanım çoxları üçün bir örnək olmuşdur. Aynur xanım içtimai fəallıqı ilə də seçilir.

Alxas Məmmədov





Facebook-da paylaş

Xəbəri paylaş