Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqlar üçün stolüstü oyunlar
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiədi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunu dəstəyi ilə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiya proqramı əsasında stolüstü oyunlar üzrə V ümumrespublika yarışı Şamaxı rayonunda təşkil olundu.
BrendSport.az saytı xəbər verir ki, dama oyunlarında 17, nərd oyunlarında 21, armrestlinq oyunlarında 9, şahmat oyunlarında 13 və tennis oyunlarında 4 nəfər iştirak edib.
Yarışda Ağsu, Kürdəmir, İsmayıllı və Qobustan rayonları istirak ediblər. Tədbirə rəhbərliyi Şamaxı rayon Gənclər və İdman İdarəsi edib. Yarışın baş hakimi Bəhlul Əliosmanov olub.
Facebook-da paylaş