"Çalışırıq ki, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçməsinə daha çox vaxt ayıraq"
Son zamanlar ölkəmizdə idmana olan diqqət və qayğı dövlət səviyyəsində həyata keçirilir. Bu baxımdan idmançılarımızın da üzərinə böyük iş və idmana sıx bağlılıq məsuliyyəti qoyulur. Ölkə çərçivəsində və beynəlxalq arenada qazanılan uğurlar isə bu işdə qarşıya qoyulan məqsədin doğru və düzgün istiqamətdə olduğundan xəbər verir.
Elə buna görə də, paytaxtımızda, eləcə də, bölgələrdə yeni idman qurğuları, komplekslər yaradılaraq idmançıların ixtiyarına verilir. Yaradılan bu şərait isə bu sahədə çalışan hər kəsdə əlavə stimul yaradır. Belə idman komplekslərindən biri də Şamaxı Olimpiya İdman Kompleksidir. Bu yaxınlarda yolumuzu Şamaxıdan saldıq və kompleksin direktoru İlqar Əfəndiyevlə görüşdük. İlqar müəllimlə rayonda bu sahədə aparılan işlərdən, yerli idmançıların göstərdikləri nəticələrdən və qarşıya qoyulan vəzifələr barədə fikir mübadiləsi apardıq.
- Mərkəzin fəaliyyətilə barədə nə deyə bilərsiz?
- Şamaxı Olimpiya Mərkəzi 25 aprel 2005-ci ildən bəri fəaliyyət göstərir. Bu illər ərzində mütamadi olaraq mərkəzin ərazisində bir çox yenidənqurma işləri görülmüş, ərazi genişləndirilmiş, müasir tələblərə cavab verən yeni idman qurğuları inşa edilmişdir. Mərkəzin ərazisində açıq havada iki min tamaşacı tutumu olan futbol stadionu, basketbol, kort, valeybol, mini futbol meydançası, doqquz zolaqlı qaçış cığırı var. Üzgücülük hovuzu bütün mövsümlərdə işləyir. Eyni zamanda yeddi yüz tamaşaçı yeri olan böyük idman arenasinda da bütün idman və ictimai tədbirləri kecirmək mümkündür. Idman bölmələrinin məşqlərinin kecirilməsi üçün isə xüsusi bir zal inşa edilmiş və bütün idman avadanlıqları ilə təmin edilmişdir. Burada konfrans zalında treninqlər, müəyyən tədbirlər keçirmək olar. Qeyd edim ki, mərkəz eyni zamanda turizm sahəsində də fəaliyyət göstərir. Müasir tipli koteclərdə eyni vaxtda 60 nəfər turisti yerləşdirmək və onlara xidmət etmək nəzərdə tutulmuşdur.
- Mərkəzdə təşkil olunan yarışlar və tədbirlər haqqında?
- Mərkəz fəaliyyət göstərdiyi vaxtdan bir cox idman və ictimai tədbirlərə ev sahiblyi etmiş və eyni zamanda ozü də mütamadi olaraq idman yarışlarını, tədbirləri təşkil edir. Burada vaxtaşırı cempionatlar, idman fedarasiyalarının, futbol kulublarının təlim məşq toplanışları, məktəblilərin idman düşərgələri, ictimai-siyasi mövzularda bir cox şirkət və müəssisələrin treninqləri kecirilir. Ümumiyyətə çalışırıq ki, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçməsinə daha çox vaxt ayıraq.
- Hansı idman bölmələriniz var?
- Şamaxı Olimpiya Mərkəzinin nəzdində, Futbol, Taekvando, Sərbəst güləş, Üzgücülük, Poverliftinq idman növləri üzrə bölmələr təşkil edilmişdir. Bir neçə idman bölmələrinin də təşkili nəzərdə tutulur. Bu bölmələrdə təçrübəli, peşəkar məşqçilər faliyyət göstərir. Bunun nətəcəsi olaraq deyə bilərəm ki, artır bizim idmancılar arasinda Respublika, Avropa, Dünya cemponları var.
- Dünya çempionu Oleq Krapivin adına kecirilən V Sərbəst güləş turniri burada keçiriləcək. Təşkilat işləri necə gedir?
- Əmakdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivin həmyerlimizdir. Onun adina olan bu turnir artıq bir ənənəyə cevrilib. Hər il kecirilən bu turnir bizim ücün böyük idman bayramıdır. Tədbirin təşkilat işlərinin görülməsinə start verilib. Turnir bu vaxta qədər respublika səviyyəsində keçirilirdi. Bu il isə turnirin beynəlxalq miqyasda keçirilməsi nəzərdə tutulub. Bu cempionatda respulikamızla yanaşı Rusiya, İran, Ukraina, Qırğızstan və s. ölkələrində komandalarınında iştirak edəcəyi gözlənilir. Bu da turnirin daha da baxımlı və maraqlı olacağından xəbər verir. Ona görə də çalışırıq ki, işə daha məsuliyyətlə yanaşaq və bu turnirin yüksək səviyyədə keçirilməsinə nail olaq.
- İlqar müəllim, maraqlı və ətraflı məlumat üçün təşəkkür edirik.
- Çox sağ olun.
Əliqasım Məmmədov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin I kurs tələbəsi
Facebook-da paylaş