Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"İstəyirik ki, gələcək olimpiya oyunlarında da medallarımız olsun"



Bu günlərdə Maştağa İdman kompleksində taekvondo idman növü üzrə " Nardaran açıq birinciliyi " yarışı keçirilmişdir. Yarışda "Nardaran", "Bakılı", "Abşeron", "Ağdaş", "Lokomotiv" və "Ruslan" komandalarının ümumilikdə 100-dən artıq yeniyetmə və gənc taekvondoçuları fəxri yerləri tutmaq üçün mübarizə aparmışdır.

Yarışın məqsədi Dünya Taekvondo Federasiyasının tətbiq etdiyi yeni qaydalar əsasında idmançıların gələcəkdə iştirak edəcəkləri daha mötəbər yarışlarda yüksək səviyyədə iştirak etməkləri üçün yeni qaydalara uyğunlaşdırılmalarına nail olmaq olmuşdur. Yarışın sonunda idmançılar "Nardaran" taekvondo klubunun məşqçi-müəllimi Rüstəm Muradov tərəfindən diplomlar və eləcə də medallarla təltif olunmuşdur.

Yarışın işıqlandırılmasında informasiya dəstəyini " Şəffaflıq " İctimai-siyasi hüquq qəzetinin internet portalının nümayəndələri, yarışın keçirilməsində məkan dəstəyini isə Maştağa İdman kompleksinin rəhbəri Niyazi Əliyev vermişdir.

Rüstəm müəlim turnir haqqındakı fikirlərini bizimlə bölüşdü: "Məqsədimiz taekvondonu təbliğ etməkdir. Keçən olimpiyadada tək olimpiya medalı əldə olundu. İstəyirik ki, gələcək olimpiya oyunlarında da medallarımız olsun. Bunun üçün də taekvondonun təbliği daha da güclənməlidir.
Maştağa Olimpiya Mərkəzinin rəhbərliyinə də minnətdarlığımızı bildiririk ki, belə yarışların keçirilməsində bizə yardımçı olurlar. Tədbirimizi geniş ictimaiyyətə çatdıran media orqanlarına da dərin təşəkkürümüzü bildiririk".

Əliqasim Məmmədov,
ADPU-nin tələbəsi





Facebook-da paylaş

Xəbəri paylaş