Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar



Azərbaycanın qızlardan ibarət gənc taekvondoçuları da Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən Prezident Kubokunda mübarizə aparacaqlar.

BrendSport.az
xəbər verir ki, yığmanın baş məşqçiləri Məmməd Abdullayevlə Sun Mi Park yarışda Gülü Zamankı (42 kiloqram), Xuraman Cavadzadə, Humay Dadaşova (hər ikisi 44 kiloqram), Nilufər Borji (46 kiloqram), Seyidxanım Məmmədova (49 kiloqram), Sehri Cəlalova (55 kiloqram) və Bahar İbrahimovaya (63 kiloqram) şans verəcək. Taekvondoçular aprelin 28-də dayanq üzərinə çıxacaqlar.

Prezident Kubokunda ölkəmizi hakim kimi Gündüz Abdullayev təmsil edəcək.

Komanda səfərə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədovun rəhbərliyi altında yollanıb.

Qeyd edək ki, yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Prezident Kubokunun ilk günündə 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş