Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb
İspaniya La Liqasında 33-cü tura start verilib.
BrendSport.az xəbər verir ki, günün yeganə oyununda "Real Sosyedad" və "Real Madrid" komandaları üz-üzə gəliblər. Görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 29-cu dəqiqədə türkiyəli futbolçu Arda Gülər vurub.
Bununla da 19 yaşlı oyunçu La Liqada vurduğu qolların sayını 2-yə çatdırıb.
Bu nəticədən sonra xallarını 84-ə çatdıran "Real Madrid" liderliyini davam etdirir. "Barselona" isə 70 xalla ikinci pillədə qərarlaşıb.
Facebook-da paylaş