Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İspaniya çempionatı: “Real Madrid” səfərdə “Barselona”nı 2:1 hesabı ilə məğlub edib




“Real Madrid” futbol klubu İspaniya çempionatının 11-ci turu çərçivəsində səfərdə "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.

BrendSport.az
xəbər verir ki, hesabı 6-cı dəqiqədə “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan açıb. İkinci hissədə "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem dubla imza atıb (68, 90+2).

Beləliklə, "Barselona" mövsümdə ilk məğlubiyyətini alıb, buna qədər komanda 13 matçda məğlub olmamışdı. “Real Madrid” isə məğlubiyyətsizlik seriyasını 7 oyuna çatdırıb.

"Real" İspaniya çempionatının turnir cədvəlinə 28 xalla başçılıq edir. “Barselona” 24 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti turda “Real Madrid” noyabrın 5-də “Rayo Valyekano”nu qəbul edəcək, “Barselona” isə bir gün əvvəl səfərdə “Real Sosyedad”la qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş