Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasının pley-off mərhələsində ən çox qol vuran futbolçuların reytinqini yeniləyib.

BrendSport.az
xəbər verir ki, siyahıya Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu başçılıq edir. Ulduz oyunçu buna 2003-2022-ci illərdə formasını geyindiyi İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında keçirdiyi ümumilikdə 82 matçda 62 dəfə fərqlənməklə nail olub.

Argentina yığmasının və ABŞ-ın “İnter Mayami” komandasının forvardı Lionel Messi (49) isə ikinci pillədə qərarlaşıb. İlk “üçlüy”ü Fransa millisi və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema (34) qapayıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində ən çox qol vuran futbolçular:

1. Kriştianu Ronaldu (Portuqaliya) - 82 oyun, 62 qol

2. Lionel Messi (Argentina) - 77 oyun, 49 qol

3. Kərim Benzema (Fransa) - 67 oyun, 34 qol

4. Robert Levandovski (Polşa) - 42 oyun, 32 qol

5. Tomas Müller (Almaniya) - 67 oyun, 27 qol

6. Kilian Mbappe (Fransa) - 28 oyun, 20 qol

7. Andrey Şevçenko (Ukrayna) - 32 oyun, 18 qol

8. Raul Qonzales (İspaniya) - 46 oyun, 18 qol

9. Filippo İnzaqi (İtaliya) - 30 oyun, 16 qol

10. Aryen Robben (Niderland) - 47 oyun, 16 qol


Facebook-da paylaş

Xəbəri paylaş