Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Milli çempionatlarda ən çox qol vuran futbolçular açıqlanıb



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) yüksək liqalarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

BrendSport.az
xəbər verir ki, siyahıya əfsanəvi braziliyalı Pele başçılıq edir.

Mərhum hücumçu Braziliya və ABŞ çempionatlarında ümumilikdə 604 qol vurub. Onu 573 topla niderlandlı Abe Lenstra izləyir. İlk “üçlüy”ü digər braziliyalı Romario qapayır.

Karyerasını davam etdirən Kriştianu Ronaldu və Lionel Messi reytinqdə müvafiq olaraq 6-7-ci pillələrdə qərarlaşıblar. Portuqaliyalı yüksək liqalarda 503, argentinalı isə 491 dəfə fərqlənib.

Qeyd edək ki, milli liqalarda ən çox qol vuran futbolçu almaniyalı Ervin Helçman olsa da, o, siyahıya salınmayıb. Oyunçu 1923-1951-ci illərdə Almaniyanın müxtəlif liqalarında 713 qol vurub. Lakin Helçmanın dönəmində çempionatının strukturu çox mürəkkəb və çoxmərhələli olub və Almaniyanın regional turnirləri hesab edilib.


Facebook-da paylaş

Xəbəri paylaş