Kriştianu Ronaldu bu il dünyanın ən çox qol vuran futbolçusu olub
2023-cü ildə dünyanın ən çox qol vuran oyunçuları bəlli olub.
BrendSport.az xəbər verir ki, bombardirlər siyahısına Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu başçılıq edir. 38 yaşlı futbolçu bu il klub və milli səviyyəsində keçirdiyi 58 matçda ümumilikdə 53 qola imza atıb.
Fransa yığmasının və PSJ-nin forvardı Kilian Mbappe 53 görüşdə vurduğu 52 qolla ikinci pillədə qərarlaşıb. İngiltərə millisinin hücumçusu Harri Keyn isə üçüncü olub. Almaniya "Bavariya"sında çıxış edən forvard 57 oyunda 52 dəfə rəqib qapılarına yol tapıb.
İngiltərənin “Mançester Siti” komandasının norveçli hücumçusu Erlinq Holann isə 60 oyunda 50 qolla dördüncüdür.
Facebook-da paylaş