Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stolüstü tennisçimiz beynəlxalq yarışın qalibi olub



Stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq yarışda etimadı doğrudub.

BrendSport.az
xəbər verir ki, qitənin ən istedadlı idmançılarından sayılan Onur Fransanın Mets şəhərində keçirilən “WTT Youth Contender” turnirində qızıl medala layiq görülüb. Seçmə komandamızın üzvü məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatıldığı yarışın ilk mərhələsində ardıcıl olaraq iki Fransa, Ukrayna və Monqolustan idmançılarına qalib gələrək qrup lideri kimi pley-offa yüksəlib. 1/4 və 1/2 finalda fransalı rəqiblərini mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz finalda İspaniya idmançısına da qalib gələrək “WTT Youth Contender” turnirinin baş mükafatını qazanıb. Xatırladaq ki, Onur Quluzadə aprelin 24-də Belçikanın Spa şəhərində təşkil olunan anoloji yarışda 3-cü yeri tutmuşdu.


Facebook-da paylaş

Xəbəri paylaş