Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib
İngiltərə Premyer Liqasında 35-ci tura start verilib.
BrendSport.az xəbər verir ki, çempionluq mübarizəsi aparan “Liverpul” səfərdə “Vest Hem”lə qarşılaşıb. Görüş heç-heçə ilə yekunlaşıb – 2:2.
Hesabı 43-cü dəqiqədə meydan sahiblərindən Carrod Boven açıb. 48-ci dəqiqədə Endryu Robertson tablodakı rəqəmləri bərabərləşdirib. 65-ci dəqiqədə London klubunun heyətində qapıçı Alfonso Areola avtoqol müəllifi olub. Ruhdan düşməyən “çəkicdöyənlər”in hücumçusu Maykl Antonio 77-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 75-ə çatdıran “Liverpul” üçüncü pillədə qalıb. “Vest Hem” isə “49 xalla səkkizinci yerdədir. Turnir cədvəlinə 77 xalla “Arsenal” başçılıq edir. Rəqibindən bir xal az toplayan “Mançester Siti” ikinci sırada qərarlaşıb.
Günün digər görüşləri “Fulhem” – “Kristal Pelas”, “Mançester Yunayted” – “Börnli”, “Nyukasl” – “Şeffild Yunayted”, “Vulverhempton” – “Luton”, “Everton” – “Brentford” və “Aston Villa” – “Çelsi” komandaları arasında baş tutacaq.
Facebook-da paylaş