Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İngiltərə Premyer Liqasının 25-ci turuna yekun vurulub



Fevralın 4-də İngiltərə Premyer Liqasının 25-ci turuna yekun vurulub.

BrendSport.az xəbər verir ki, turun yekun oyununda çempionatın lideri "Liverpul" səfərdə "Vest Ham" klubunun qonağı olub. Mersessayd təmsilçisi Sadio Manenin 22-ci dəqiqədə vurduğu qolla öndə olsalar da, meydan sahibləri altı dəqiqədən sonra hesabı bərabərləşdiriblər - 1:1. "Vest Ham" klubunun heyətində Mixael Antonio fərqlənib. Beləliklə, "Liverpul" çətin səfər matçında xal itkisi ilə üzləşib. Yurqen Klopun yetirmələri son 5 oyunda "Vest Ham" klubuna qalib gələ bilmir.

"Liverpul" növbəti turda doğma azarkeşlər önündə "Bormunt"la, "Vest Ham" isə "Kristal Palas" ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir cədvəlində 62 xalla "Liverpul" klubu başçılıq edir, "Mançester Siti" 59 xalla ikinci, 57 xalı olan "Tottenhem" üçüncü, "Çelsi" isə 50 xalla dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Mançester Yunayted" (48), "Arsenal" (47), "Volverhemton" (38), "Vatfort" (34), "Everton" (33) və "Bormunt" (33) yer alıblar.

Xatırladaq ki, turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Mançester Siti"-"Arsenal" - 3:1;

"Lester Siti"-"Mançester Yunayted" - 0:1;

"Çelsi"-"Haddersfild" - 5:0;

"Brayton”-“Uotford” - 0:0

“Börnli” – “Sauthempton” - 1:1

“Kristal Pelas” – “Fulhem” - 2:0

“Everton” – “Vulverhempton” - 1:3

“Kardiff Siti” – “Bornmut” - 2:0.


Facebook-da paylaş

Xəbəri paylaş