“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub.
BrendSport.az xəbər verir ki, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib.
Əməliyyat uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Ülvi İsgəndərov “Qəbələ”nin heyətində son matçını martın 9-da “Sabah”a qarşı keçirib.
Facebook-da paylaş