Əsas Səhifə > Maraq > “Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub
“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub25-04-2024, 14:15 |
“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub. BrendSport.az xəbər verir ki, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib. Əməliyyat uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir. Qeyd edək ki, Ülvi İsgəndərov “Qəbələ”nin heyətində son matçını martın 9-da “Sabah”a qarşı keçirib. Geri qayıt |