Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam



“Yurqarden”ə gəldiyim ilk gündən intizamlı olmuşam”.

BrendSport.az
xəbər verir ki, bu sözləri İsveçin “Yuqarden” komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı klubdan ayrılacağı ilə bağlı iddialara aydınlıq gətirərkən deyib.

22 yaşlı futbolçu bu komandaya böyük hörmətinin olduğunu bildirib: “Mənim burada heç kimlə problemim olmayıb. Komanda yoldaşlarımla, ətrafımdakı bir çox insanla əla münasibətim var. “Yurqarden” gözəl tarixi və mədəniyyəti olan böyük klubdur. Azarkeşləri isə fantastikdir”.

Gənc forvard özü haqqında verilən qərarlara hörmətlə yanaşacağını söyləyib: “İlk dəfədir legioner həyatı yaşayıram. Məni oynatmamaq məşqçilərin fikridir. Bu qərara hər zaman hörmət edəcək, mövcud vəziyyətə görə məsuliyyəti özüm daşıyacağam. Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam”.

Komandanın baş məşqçisi Tomas Laqerlöf isə azərbaycanlı futbolçunu yaxşı başa düşdüyünü söyləyib: “Musa üçün çətin olduğu aydındır. Ardıcıl iki oyundur heyətdən kənarda qalmaq ürəkaçan deyil. Yalnız 20 oyunçu seçə bilərəm. Rəqabətin yüksək olduğu yerdə seçim etmək də asan deyil”.

Qeyd edək ki, Musa Qurbanlı ötən ilin yayında “Qarabağ”dan İsveç klubuna keçib.


Facebook-da paylaş

Xəbəri paylaş