Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Musa Qurbanlının baş məşqçisi: “Azərbaycan çempionatı kifayət qədər yaxşı deyil”



“Musa Qurbanlının gəldiyi Azərbaycan çempionatı kifayət qədər yaxşı deyil”.

BrendSport.az
xəbər verir ki, bunu İsveçin “Yurqorden” klubunun baş məşqçisi Tomas Lagerlöf deyib.

52 yaşlı mütəxəssis Musa Qurbanlının hələ istənilən formada olmamasını Azərbaycan Premyer Liqasının səviyyəsi ilə əlaqələndirib: “Musanın hələ ümumi komanda ilə temp fərqi var. Sabiq komandası “Qarabağ” çox güclüdür, amma liqalarındakı digər iştirakçılar o qədər yaxşı deyillər. Ona görə də, hazırda yüksək tempdə oynamaqda çətinlik çəkir. Uyğunlaşmaq üçün bir az zamana ehtiyacı var”.

Baş məşqçi Azərbaycan millisinin hücumçusuna getdikcə daha çox şans veriləcəyini söyləyib: “Musa kifayət qədər şans əldə edir, avrokuboklarda “Lütsern”lə ev matçında da ilk dəqiqələrdən meydanda oldu. Ümid edirəm ki, məşqlərdə öz üzərində çalışmaqda davam edəcək. Biz onu növbəti oyunlarda daha çox görə biləcəyik”.

Qeyd edək ki, Musa Qurbanlı yay fasiləsində “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.


Facebook-da paylaş

Xəbəri paylaş