Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Azərbaycan Taekvondo Federasiyasında



Ölkəmizə səfər edən Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ölkə prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edildikdən sonra, əvvəllər taekvondo idman növü ilə məşğul olduğu və idmana rəğbət bəslədiyi üçün Azərbaycan Taekvondo Federasiyasında (ATF) da qonaq olmuşdur.

BrendSport.az saytı Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, qonaqla birlikdə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və Xarici işlər nazirliyinin nümayəndələri də federasiyanın idman kompleksi ilə tanış olmuş, milli yığma komandanın və uşaq-yeniyetmə qruplarının məşq prosesi ilə, eləcə də kompleksdə taekvondoçulara yaradılan şəraitlə tanış olmuşlar. Nümayəndə heyətinə federasiyanın rəhbərliyi tərəfindən taekvondonun inkişafı, nailiyyətləri və ATF-nın fəaliyyəti haqda ətraflı məlumat verilmişdir.

Sonda ATF-nın idman nəticələri muzeyi ilə tanış olan qonaqlar milli komanda və uşaq-yeniyetmə idmançılar ilə xatirə şəkilləri çəkdirmişlər.






Facebook-da paylaş

Xəbəri paylaş