Taekvondoçular Ağdaşda toplaşdı
Ağdaş rayonunda usaq, yeniyetmə və gənclər arasında taekvondo idman növü üzrə Ağsu "Qrandmaster" və Ağdaş "Gənclər" Taekvondo İdman klubları ilə birgə 60 idmançının iştirakı ilə yoldaşlıq görüşləri keçirilmişdir.
BrendSport.az saytı xəbər verir ki, yarışın məqsədi taekvondo idman növündə olan yenilik və təzə qaydalarla uşaqları tanış etmək olub.
Yekunda fərqlənən idmançılara Azərbaycan Taekvondo Federasiyasının Ağdaş rayonunda fəaliyyət göstərən "Gənclər" Taekvondo İdman klubu tərəfindən Fəxri Fərmanlar təqdim edilmişdir.
Alxas Məmmədov
Facebook-da paylaş