Kəlbəcərin yenilməz qartalı
Babək Verdiyev 29 iyul 1979-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1985 –1996-cı illərdə Kəlbəcər rayon 26 saylı tam orta məktəbində oxuyub.
BrendSport.az xəbər verir ki, usaqlıq dövründə bir çox Şərq döyüs növləriylə məşğul olub. Sonradan bu idman növlərinin arasında 1995-ci ildə taekvondoya üstünlük verib.
1997-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Təkmübarizlik fakültəsinə taekvondo ixtisası üzrə daxil olmuş, 2001-ci ildə bakalavr və eyni zamanda beynalxalq müalicəvi idman masajı ixtisası ilə bitirmişdir!
2001-ci ildə həqiqi hərbi xidmətə cağırılmışdır. Hərbi xidmətini Mudafiə Nazirliyinin “N” saylı hərbi hissəsində keçmiş və 2002-ci ildə tərxis olunmuşdur.
2007-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Cevik Xilasetmə İdarəsinin Baş mütəxəssisi vəzifəsində çalışır.
Azərbaycanın Respublikası Prezidenti cənab İlham Əliyevin adından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “10 illik yubiley” medalı ilə təltif olunmuş və xidmətə görə xidmət rəisi general mayor Şahmar Paşayev tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Bununla yanaşı B.Verdiyev taekvondo uzrə 2-ci qara kəmər sahibidir və Azərbaycan Respublikası Taekvondo Federasiyasının məşqci-muəllimidir. “Lokomotiv” və “Kəlbəcər” komandalarının baş məşqçi-muəllimidir.
Əliqasım Məmmədov
Facebook-da paylaş