Daha 2 məktəbli Avropa çempionatının qalibi olub
Paytaxt məktəbliləri Avropa çempionatında I yeri tutub.
Bu barədə Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
BŞTİ-nin tabeliyindəki 175 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rəmzi Rəhimli və 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Kərimli Bakı şəhərində keçirilən pençak-silat idmanı üzrə Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanıb. Rəmzi Rəhimli 12-14, Murad Kərimli 14-17 yaş arasındakı idmançıların qatıldığı yarışlarda qələbəni təmin edib.
Qaliblərə medal və diplomlar təqdim olunub.
Çempionatda müxtəlif yaş dərəcələri üzrə 11 ölkədən 120 idmançı mübarizə aparıb.
Trend.az
Facebook-da paylaş