"Qarabağ"ın ilk sınağı uğursuz oldu
UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” da debüt oyununa çıxıb.
Ağdam klubu səfərdə Avropanın aparıcı klublarından olan “Çelsi” ilə görüşüb. Qurban Qurbanovun komandası Londonda keçirilən çətin oyunda 6:0 hesabı ilə məğlub olub.
12 sentyabr
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 6:0
Qol: Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71, Batşuvayi, 76, Medvedyev (öq), 82.
Baş hakim: Anastasios Sidiropoulos
Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos
Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)
London. “Stemford Bric”
Facebook-da paylaş