Əsas Səhifə > Ölkə idmanı > "Qarabağ"ın ilk sınağı uğursuz oldu
"Qarabağ"ın ilk sınağı uğursuz oldu13-09-2017, 00:35 |
UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. BrendSport.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” da debüt oyununa çıxıb. Ağdam klubu səfərdə Avropanın aparıcı klublarından olan “Çelsi” ilə görüşüb. Qurban Qurbanovun komandası Londonda keçirilən çətin oyunda 6:0 hesabı ilə məğlub olub. 12 sentyabr UEFA Çempionlar Liqası Qrup mərhələsi, I tur 22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 6:0 Qol: Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71, Batşuvayi, 76, Medvedyev (öq), 82. Baş hakim: Anastasios Sidiropoulos Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan) London. “Stemford Bric” Geri qayıt |