“Limra Cup”: “Qəbələ” gümüş, “Təhsil” isə bürünc medal qazanıb
Türkiyədə keçirilən “Limra Cup” beynəlxalq turnirinə yekun vurulub.
“Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın sonuncu günündə İstanbulun “Beşiktaş” klubu ilə qarşılaşıb. Bu matçadək hərəyə 5 qələbə qazanan rəqiblərin görüşünün taleyini 1 qol həll edib. Matçda 1:0 hesabı ilə qalib gələn meydan sahibləri turnirin qalibi adını qazanıblar.
Yeddi komandanın dairəvi sistemlə mübarizə apardığı yarışda keçirdiyi 6 matçda 15 xal toplayan “Qəbələ” ikinci yeri tutub. Üçüncü pilləyə isə Azərbaycanın digər komandası “Təhsil” yiyələnib.
“Qəbələ”nin futbolçusu Ziya Şəkərxanov turnirin ən yaxşı yarımmüdafiəçisi adına layiq görülüb.
Xatırladaq ki, Rüstəm Məmmədovun yetirmələri Türkiyə turnirində yerli klublardan “Manavqatspor”u 10:0, “BD Spor”u 4:0, “Kəmər Kartalları”nı 6:0, həmçinin “Təhsil” və Rusiya “Lokomotiv”ini eyni – 1:0 hesabı ilə məğlub edib.
Azərtac.az
Facebook-da paylaş