Stolüstü tennisçilərimiz gənclər arasında Olimpiya Oyunlarının Avropa təsnifat turnirində iştirak edəcəklər
Noyabrın 3-5-də Xorvatiyanın Split şəhərində gənclər arasında Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, 32 oğlan və 27 qız tennisçinin qatıldığı turnirdə qalib gələn dörd idmançı 2018-ci ildə Buanes–Ayresdə keçiriləcək III Olimpiya Oyunlarına lisenziya qazanacaq.
Azərbaycanı turnirdə iki tennisçimiz təmsil edəcək. Tennisçilərimiz artıq Xorvatiyaya yola düşüblər.
Azərtac.az
Facebook-da paylaş