Əsas Səhifə > Milli komandalar > Stolüstü tennisçilərimiz gənclər arasında Olimpiya Oyunlarının Avropa təsnifat turnirində iştirak edəcəklər

Stolüstü tennisçilərimiz gənclər arasında Olimpiya Oyunlarının Avropa təsnifat turnirində iştirak edəcəklər


3-11-2017, 15:59



Noyabrın 3-5-də Xorvatiyanın Split şəhərində gənclər arasında Olimpiya Oyunlarının Avropa təsnifat turniri keçiriləcək.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, 32 oğlan və 27 qız tennisçinin qatıldığı turnirdə qalib gələn dörd idmançı 2018-ci ildə Buanes–Ayresdə keçiriləcək III Olimpiya Oyunlarına lisenziya qazanacaq.

Azərbaycanı turnirdə iki tennisçimiz təmsil edəcək. Tennisçilərimiz artıq Xorvatiyaya yola düşüblər.

Azərtac.az
Geri qayıt