Ronaldo keçmiş klubunun oyununda
"Real"ın futbolçusu Kriştiano Ronaldo vətəni Portuqaliyaya gedib.
Xarici mətbuatın yaydığı xəbərə görə, o, sabiq klubu "Sportinq"in Portuqaliya çempionatının 6-cı turunda "Tondela"nı qəbul etdiyi oyununun ikinci hissəsini stadiondan izləyib. 32 yaşlı hücumçu bu görüşə hamilə sevgilisi Corcinyo Rodrigeslə birgə baxıb.
"Sportinq" - "Tondela" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, K.Ronaldo peşəkar futbolçu karyerasında "Sportinq"də başlayıb. O, 2003-cü ildə bu klubdan "Mançester Yunayted"ə transfer olunub.
Xatırladaq ki, Ronaldo cəza səbəbindən komandasının La Liqada "Real Sosyedad"a qarşı bu gün keçirəcəyi oyunu buraxacaq.
Facebook-da paylaş