"Ronaldo nə oğurlamayıb və cinayət törətməyib"
"Real Madrid"in prezidenti Florentino Perez komandanın lideri Ronaldonun yayda İspaniyadan getmək istəməsi ilə bağlı məlumata münasibət bildirib. Perez bunları deyib:
"Bu haqda mənə heçnə məlum deyil. Düzdür, "A Bola" nəşri Ronaldonun İspaniyadan getmək istəməsini yazmışdı. Görünür, yayda yazmağa bir şey tapmamışdılar. Kriştianu vergi problemlərindən məyus idi. Buna baxmayaraq deyirdi ki, "Real"da onu hər şey qane edir. Monakoda Çempionlar Liqasının ən yaxşı futbolçusu mükafatını alanda aydın şəkildə bildirdi ki, "Real"da xoşbəxtdir və mövsümün başlanmasına sevinir. Onun vergilərdən yayınması ittihamı absurddur. Mənə verilən məlumata görə, Ronaldo qanuna zidd heç nə etməyib. Vergi ödəmək hər kəsin borcudur. Kriştianu heç nə oğurlamayıb və cinayət törətməyib. Bu barədə hələ uzun müddət danışılacaq. Bir şey dəqiqdir: Ronaldo dünyada ən yaxşı futbolçudur".
Facebook-da paylaş