Mariya Stadnik iki yığmaya böyük məşqçi təyin edilib

Qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb.
BrendSport.az xəbər verir ki, Mariya Stadnik U-17 və U-15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib. Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.
Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi, böyüklər və U-23 yığmasında, o cümlədən U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.
Facebook-da paylaş





















