Türkiyədə qışın transfer bombası: 47 milyonluq futbolçu gəlir
"Fənərbaxça" qış transfer dövrünün hazırlıqlarına indidən başlayıb. İstanbul klubu "Arsenal"dan Məsut Özili heyətinə qatmağa çalışır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Məlumata görə, "Arsenal"la müqaviləsi gələn yay başa çatacaq türk əsilli ulduza 3 namizəd var: "Mançester Yunayted", "İnter" və "Fənərbaxça".
"Mançester Yunayted"in ona marağı bir müddətdi var. Amma Məsut Özilin "Real"dan ayrılmasının əsas səbəbkarı olan Yoze Mourinyo ilə yenidən işləmək istəmədiyi bildirilir.
İngiltərə mətbuatı yazır ki, Almaniya yığmasının üzvü uğrunda yarışda ən şanslı naizəd "Fənərbaxça"dı. Məsut Özilin nişanlısı Amine Gülşenin də İstanbulda yaşamaq istəyi bu transferin reallaşmasına səbəb ola bilər.
Qeyd edək ki, Məsut Özil 2013-cü ildə "Real"dan "Arsenal"a 47 milyon avroya transfer olunub. (Fanat.Az)
Facebook-da paylaş