Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Müller uğrunda "savaş"



“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller karyerasını İngiltərədə davam etdirməyə yaxındı. Xarici mətbuatın yaydığı məlumata görə, Premyer Liqa nəhəngləri ulduz futbolçunun transferində maraqlıdı.

Münhen klubunda baş məşqçi Karlo Ançelottinin güvənmədiyi oyunçular arasında göstərilən Mülleri “Mançester Yunayted” çoxdan “qaralayıb”. Lakin indi “Liverpul”, “Arsenal” və “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Çelsi” də “mankunianlar”la yarışa girişib.

Adıçəkilən klublar “Bavariya”da əsas heyətdəki yerini itirən 27 yaşlı hücumameyilli futbolçunu qış transfer dönəmində almaq üçün indidən danışıqlara başlayıblar. Bu məsələdə “Çelsi” və “Arsenal” daha şanslı hesab edilirlər. London klubları nəyin bahasına olursa-olsun, yanvara qədər onun və klubunun razılığını almağa çalışacaqlar.

Qeyd edək ki, Tomas Müller ötən mövsüm Karlo Ançelottinin rəhbərliyi altında cəmi 9 qola imza atıb. (Apasport)


Facebook-da paylaş

Xəbəri paylaş