Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Saz ifaçısı və opera müğənnisi



İlham Əsgəroğlu 3 noyabr 1967-ci ildə Tovuz rayonunun Sofular kəndindən anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin musiqili teatr fakültəsinə qəbul olub.

BrendSport.az saytı xəbər verir ki, 1992-ci ildən Dövlət Musiqili Komediya teatrında və Dövlət filarmoniyasında solist olaraq çalışıb. Tbilisi Konservatoryasında vokal təcrübəsi keçib.

Ankarada Türk Dünyası Müzik Topluluğunun solisti olaraq 10 il fəaliyyət göstərib. 10 dildə mahnı oxumağı bacarır.

Atatürk Mərkəzi tərəfindən "Türk dünyasının dərvişi" fəxri adı verilib. İlham müəllimlə söhbətimiz idman haqqında oldu.

- İdmana olan münasibətiniz?

- Bəli, bir çoxları kimi mənim də idmana münasibətim əladı. Çünki bizim millət tarix boyu qəhramanları ilə məşhur olub. Qəhraman isə güclü olmalıdır. Güclü olmaq üçünsə, idmanla məşğul lazımdır. Deyə bilərəm ki, milli güləşimiz bizim kredomuzdur.

- Hansı idman növünə daha çox üstünlük verirsiniz?

- Təbii ki, futbolu (gülür). Futbol mənim üçün birlik rəmzidir. Orada olan həyəcan, orda olan səs-küy heç bir idmanda yoxdur məncə.

- Bəs Azərbaycan futbolu haqqında düşüncələriniz necədi?

- Deyim ki, digər kollektiv idmanlarından fərqli olaraq, futbolda o qədər də ürəkaçan nəticələrimiz yoxdu. Ancaq ümid eləyək ki, bu sahədə də lazımi işlər görüləcək. Ona görə də futbolçularımıza da uğurlar arzu edirəm.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi




Saz ifaçısı və opera müğənnisi


Facebook-da paylaş

Xəbəri paylaş