Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“O vaxtlar idmana ciddi baxan yox idi”



Pənah İsmayılov - tanınmış ədəbiyyatçı, "Tərəqqi" medalının sahibi və 38 il pedaqoji iş staji olan insan.

Pənah müəllimlə görüşüb idmanla bağlı maraqlı söhbətimiz oldu. “İdmanla məşğul olursunuzmu və ümumiyyətlə idmana olan münasibətiniz” sualına çox özünəməxsus cavabı oldu.

“İdman təkcə bir nəfərin işi deyil hamı məşğul olmalıdı. Ona görə ki, insan sağlamlığı hər şeydən əvvəldir. İdman isə sağlamlığın vahididir. Adətən insanlar sağlamlığın qorumurlar. İçirlər, çəkirlər, o vaxta qədər ki, həkim onlara hansısa xəstəliyin diaqnozunu qoyur. O andan etibarən insan sanki olimpiadaya hazırlaşan kimi idmana başlayır. Paradoks ondadı ki, bizimkilər xəstələnməsə məşq etmirlər.
Gənc vaxtlarımda təbii ki, fəal iştirak edirdim. Məhlə futbol komandalarında oynuyurdum. Onun da sonu dava-dalaşla bitir, ya da top yiyəsi küsənə qədər oyun davam edirdi (gülür). Bir də o vaxtlar idmana ciddi baxan yox idi. İdman bizim zamanlarda bir növ kənar məşğuliyyət sayılırdı. Bir idman, bir də meyxana sovet vaxtları bəyənilməzdi. İdmanın da kütləvi forması yox dərəcə idi. İndi maşallah idman üçün milyonlar tökülür. İdman indi ən populyar məşğələdir”.

Pənah müəllim, maraqlı söhbət üçün çox sağ olun.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş