Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”a qol vurub, müqavilə bağladı



Gənclər Liqasının Çempionlar yolunda “Qarabağ” üzərində səfər qələbəsi (3:0) qazanan “Roma”da 3 futbolçu klubla peşəkar müqavilə imzalayıb. İtaliya mətbuatının məlumatına görə, bunlardan 1-i müdafiəçi, 2-si hücumçudu.

Belə ki, nigeriyalı arxa xətt oyunçusu Abdullahi Nura, eləcə də yerli hücumçular Mirko Antonuççi və Rikkardo Kappa “Roma” ilə 2022-ci ilə qədər müqavilə imzalayıblar. “Canavarlar”, xüsusən də, Antonuççinin klubda qalmasına sevinirlər. Çünki “Milan”, “İnter” və “Barselona” 18 yaşlı futbolçunun xidmətində maraqlı idi. Bakıdakı matçda “Qarabağ”a qol vuran Antonuççi sərfəli təkliflərə baxmayaraq, karyerasını “Roma”da davam etdirmək qərarına gəlib.

Qeyd edək ki, Kappa və Antonuççi “Roma”nın U-19 komandasının heyətində “Qarabağ”la oyunda meydanda olublar.


Facebook-da paylaş

Xəbəri paylaş