"Qarabağ"ın ilk 3 oyunun vaxtı açıqlandı
UEFA Gənclər Liqasının qrup mərhələsində 1-ci dövrənin təqvimi açıqlanıb.
Azərbaycan çempionu “Qarabağ”ın U-19 komandasının da ilk üç oyununun təqvimi müəyyənləşib.
Qeyd edək ki, Ağdam klubunun əsas komandası kimi, U-19 kollektivi də C qrupunda “Chelsea” (İngiltərə), “Atletico” (Madrid, İspaniya) və “Roma” (İtaliya) ilə mübarizə aparacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu bu kollektiv ilk oyununu Londonda “Chelsea”yə qarşı keçirəcək. Növbəti iki oyununda isə Ağdam klubunun gəncləri doğma meydanda “Roma” və “Atletico” ilə münasibətlərinə aydınlıq gətirəcəklər.
Bu oyunların təqvimini təqdim edirik:
UEFA Gənclər Liqası
C qrupu
12 sentyabr
14:05. “Chelsea” - “Qarabağ”
Surrey. “Chelsea”nin Təlim-Məşq Bazası.
27 sentyabr
12:00. “Qarabağ” - “Roma”
Bakı. “Azərsun Arena”.
18 oktyabr
12:00. “Qarabağ” - “Atletico”
Bakı. “Azərsun Arena”.
Goal.az
Facebook-da paylaş