Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kamilo Duran: "Seltik"in heyətində ilk kolumbiyalı futbolçu olmaq şərəfdir"

Kamilo Duran: "Seltik"in heyətində ilk kolumbiyalı futbolçu olmaq şərəfdir"

"Seltik"in heyətində çıxış edən ilk kolumbiyalı futbolçu olmaq Kamilo Duran üçün şərəfdir.

BrendSport.az
xəbər verir ki, bu barədə "Qarabağ"dan Şotlandiya təmsilçisinə transfer olunan oyunçu klubun rəsmi saytına açıqlamasında deyib.

O, uşaqlıq arzusunun ölkəsinin milli komandasında oynamaq olduğunu söyləyib:

"Ümid edirəm ki, burada uğurlu çıxış edərək bunu bacaracağam".

K.Duran "Seltik"ə keçidi haqqında danışıb:

"Mənimlə maraqlandıqlarını eşidəndə tərəddüd etmədim. Meydana çıxmağı səbirsizliklə gözləyirəm. Özümü meydanda doğrultmağa çalışacağam".

Xatırladaq ki, "Seltik" Kamilo Duranla 5 illik müqavilə imzalayıb. Şotlandiya mətbuatı keçidin təxminən 6 milyon funt-sterlinqə başa gəldiyini yazıb.


Facebook-da paylaş

Xəbəri paylaş