Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kamilo Duran Azərbaycan futbolunun tarixinə düşdü



Misli Premyer Liqasının 26-cı turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.

BrendSport.az
xəbər verir ki, “Qarabağ”ın kolumbiyalı hücumçusu “Karvan-Yevlax”la qarşılaşmada (7:0) üç qola imza atıb.

Bu, mövsümün üçüncü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov beşinci tura “Araz-Naxçıvan” (5:0), “Qəbələ”nin legioneri Domi Massumo 18-ci turda “İmişli” (3:2) ilə görüşdə belə uğura imza atıb.

Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.

Bu, Amerika qitəsindən olan futbolçuların doqquzuncu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə iki, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya bir matçda üç qola sevinib. Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada üç qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş