Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” klubunun legioneri Premyer Liqanın tarixinə düşüb

“Neftçi” klubunun legioneri Premyer Liqanın tarixinə düşüb


Sezar Meza Kolli “Neftçi”nin heyətində Premyer Liqada ilk qolunu vurub. Paraqvaylı futbolçu çempionatın dördüncü turunun “Keşlə” ilə görüşündə (3:0) fərqlənib. Sezar bunadək “Keşlə” və “Zirə”də də rəqib qapısına yol tapıb.
BrendSport.az xəbər verir ki, Meza Kolli Premyer Liqa tarixində 3 və ya daha çox klubda qol vuran 10-cu cənubi amerikalı olub. Bu göstəricidə rekord Leonardo Roşaya məxsusdur. Braziliyalı 4 klubda – “Standard”, “Keşlə”, “Bakı” və “Qarabağ”da qol vurub.
Braziliyalılar Denis Silva, Junivan Suares, Junior Osvaldo, Junior Nildo, Mario Souza, onların Azərbaycan millisində oynamış həmyerliləri Fabio Luis Ramim, Leandro Qomeş, həmçinin uruqvaylı Anxel Qutyerres də Sezar kimi üç müxtəlif klubun heyətində qol sevinci yaşayıb.


Facebook-da paylaş

Xəbəri paylaş