“Neftçi”dən 300 min dollar aldı – TRANSFER ŞƏRTLƏRİ
Sezar Meza Kollinin “Neftçi” ilə anlaşmasının maliyyə tərəfi məlum olub.
Bakı klubu ilə 2 illik müqavilə imzalayan paraqvaylı yarımmüdafiəçi bu müddətdə 300 min dollar qazanacaq.
Bu, cənubi amerikalı legionerin özünə çatacaq maaşdır. Komanda növbəti mövsümlərdə titul qazanarsa və avrokuboklarda uğur əldə edərsə, Sezar böyük miqdarda bonus da qazanacaq.
30 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində 10 nömrəli formanı geyinəcək.
Son klubu "Keşlə" (2013-2016, 2018, 2019-2021) olan Sezar Meza Kolli 2016/2017 mövsümündə “Zirə”də oynayıb.
O, bundan başqa İtaliyanın “Çezena” (2011-2012), “Pavia” (2012-2013), İspaniyanın “Alaves” (2012) və Rumıniyanın “Universitatya Krayova” (2018) klublarında çıxış edib.
Facebook-da paylaş